Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

07 dekabr 2018 | 16:00

Son iki il yarımda Qazaxda ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, vətəndaşlara göstərilən xidmət sahəsi də daim diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən əhali ilə sıx ünsiyyətdə olur, onları fərdi şəkildə qəbul edir, problem və qayğıları ilə maraqlanır. Bütün bunlar isə rayonda vətəndaş amilinin ön plana çəkilməsindən xəbər verir.
İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Şəhər sakini, I qrup Qarabağ müharibəsi əlili Vəliyev Qərib Kərəm oğlu sahibkarlıq üçün torpaq sahəsinin ayrılması barədə müraciət edib. Vətəndaşa aidiyyəti üzrə müraciət etməsi bildirilib.
Şəhər sakini Nəsibova Afət Vilayət qızının, Daş Salahlı kənd sakini Heydərova Asya Mustafa qızının, Hüseynbəyli kənd sakini Həsənov Elnur Maksim oğlunun mənzillə təmin olunmalarına köməklik edilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri  boş yer yaranan zaman baxılacağını bildirib.
Bala Çaylı kənd sakini Əhmədova Sevinc Şofiq qızı, Çaylı kənd sakini Rzayeva Şirinnaz Mirzə qızı işlə təmin olunmaları üçün müraciət etdiklərini bildiriblər. Vətəndaşları diqqətlə dinləyən icra başçısı tərəfindən müvafiq işlər təklif olunub və aidiyyəti üzrə tapşırıq verilib.
Şəhər sakinləri Nəbiyeva Elza Talıb qızının, Həsənov Cəfər Mədət oğlunun, Aşağı Salahlı kənd sakini Həsənov Məmməd İbrahim oğlunun, İkinci Şıxlı kənd sakini Məhəmmədova Flora Məhəmməd qızının, Çaylı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Xasməmmədov Namiq Yolçu oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər