Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılmışdır

19 fevral 2015 | 16:00

Qazaxda  Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin zona filialının təşkilatçılığı ilə xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılmışdır. Tədbirdə rayonun mədəniyyət və təhsil işçiləri, poeziya sevərlər, fəal oxucular və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir şairin həyat və fəaliyyətindən bəhs edən video görüntülərlə başlamışdır. Sonra şairin sözlərinə yazılmış mahnılar və əsərlərindən parçalar səsləndirilmişdir. Tədbir Qazax Dövlət Dram teatırnın şairin şeirlərindən ibarət hazırladığı kompozisya ilə başa çatmışdır.
   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Flialının sədri, şair Barat Vüsal, şairlərdən Saqif Qaratorpaq, Taleh Mansur və başqaları çıxış etmişlər.

Keçidlər