Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi uğurla davam edir

19 fevral 2015 | 16:00

Ölkə prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə fevralın 02-dən mayın 1-nədək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazax rayonunda Müalicə Diaqnostika Mərkəzində, Şəhər Poliklinikasında və xüsusi həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsi uğurla davam etdirilir. 
     Fevralın 03-dən indiyədək 15580 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir.  Onlardan 1312 nəfərinə ambulator, 159 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuş, 58 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.   
    Rayon sakinləri əhalinin tibbi müayinəsi ilə əlaqədar keçirilən kompaniyaya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz razılıqlarını və minnətdarlıqlarını bildirirlər.

Keçidlər