Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir

09 yanvar 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamına əsasən Tədbirlər planı da hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Bu gün isə Qazax Mənzil İstismar İdarəsində, Məşğulluq Mərkəzində, Su-Kanal İdarəsində, Azərbaycan Respublikası Beynəlxalq Bankın Qazax filialında, “Kapital Bank”  ASC-nin Qazax filialında və Aqrar Səhmdar Kredit Təşkilatının Qazax filialında keçirilən anım tədbirlərində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən 29 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Qeyd ediblər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Çıxışlarda həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəlməsindən və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsindən, xalqımızın başına gətirilən müsibətin dünyaya çatdırmasından da söz açılıb. Qeyd olunub ki, ulu öndər bu hərəkəti ilə cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz yenə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra 1994-cü il martın 29-da ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.

Keçidlər