Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

26 fevral 2015 | 16:00

Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə, təşkilatlarda və dini qurumlarda keçirilən yığıncaqlarda və mərasimlərdə Xocalı qurbanlarının xatirəsi anılmışdır. Rayonun təhsil və mədəniyyət müəssisələrində soyqırıma həsr edilmiş foto, rəsm və şeir müsabiqələri keçirilmiş , həmin gün rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş, 26 fevral 2015-ci il tarixdə bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr edilmiş və həmin gün  rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.
       Həmin tədbirlər çərçivəsində Qazax şəhərindəki Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdən əvvəl,  “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Heydər Əliyev parkından Şəhidlər Xiyabanınadək olan məsafədə yürüş keçirilmişdir. Yürüş iştirakçıları xiyabanda Şəhidlərin xatirəsinə ucaldılmış 
“Xatirə Abidəsi”nin önünə tər qərənfil dəstələri qoymuşlar. Bundan sonra, Mədəniyyət Mərkəzində mərasim davam etmişdir, Xocalı soyqırımına həsr olunmuş film və Qazax Dövlət Dram Teatırının aktyorlarının ifasında  ədəbi kompozisya göstərilmişdir.
           Mərasimdə Qazax  rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov çıxış etmişdir..  Əvvəlcə, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bildirilmişdir ki,,  erməni daşnaqları 200 il bundan əvvəl torpaqlarımıza qarşı ərazi iddiası qaldırmış və zaman keçdikcə rus imperiyasının köməyi ilə həmin iddianı gerçəkləşdirmişlər. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ermənilərin genosid və cinayətkar siyasəti nəticəsində baş vermişdir.  Bu faciə təkcə Azərbaycan xalqına deyil, ermənilərin bütün insanlığa, bəşəriyyətə qarşı törətdiyi ən ağır cinayətlərdən biridir.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımında həmin vaxt Xocalı şəhərində 2500 nəfər əhalidən 613 nəfəri qətlə yetirilmişdir. Həlak olanların 70 nəfəri qoca, 63 nəfəri uşaq, 106 nəfəri qadın olmuşdur. Bundan başqa 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Əsir götürülən və itkin düşənlərin taleyi indi də məlum deyildir.
Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırımına yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtki hakimiyyət tərəfindən bunların heç biri edilmədi,, hadisənin əsl mahiyyəti xalqdan gizlədildi. Lakin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına və dünya ictimaiyyətinə hadisə barədə məlumat verildi. Bu qəddar cinayətin ilk hüquqi-siyasi qiymətini də Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev verdi. Onun təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı geniş müzakirə edilmiş, bu hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərarla fevral ayının 26-sı “Xocalı soyqırımı günü” elan olunmuşdur.
Ölkəmizdə və dünya miqyasında bu istiqamətdə böyük işlərinin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınmışdır.
  Cənab Ayaz Əsgərov öz çıxışını Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının Xocalı soyqırımı ilə bağlı demiş olduğu aşağıdakı sözlərlə bitirmişdir:  “Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır”.

Keçidlər