Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz müsbət həllini tapıb

14 yanvar 2019 | 16:00

Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili hər zaman ön planda tutulur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər, sakinləri fərdi şəkildə qəbul etməsi, ünvanlanan hər bir müraciətə diqqətlə yanaşması bir amala xidmət edir ki, onun da kökündə vətəndaşlar dayanır. Rayon rəhbərinin sakinlər tərəfindən səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması həmin məsələnin öz müsbət həllini tapmasına səbəb olur.
Xanlıqlar və Dəmirçilər kəndində yaşayan sakinlərin qaldırdığı məsələlərin həll olunması da bu dediklərimizin əyani sübutudur.
Ötən ildə qazılmış artezian quyusunun yanında sakinlərin istifadəsi üçün Xanlıqlar bələdiyyəsinin hesabına hündürlüyü 14 metr, tutumu 15 ton olan su çəni quraşdırılıb. Kəndin əsas içməli su mənbəyi olan “Bayramov” su xəttinin üzərində təmir işləri aparılıb ki, bu təmir nəticəsində kəndin 80 faizi içməli su ilə təmin edilir. Bundan başqa, yenə də bələdiyyə tərəfindən “Karqaya“ bulağının da borularında təmir-bərpa işləri aparılmış, 2300 metr boru xətti yenisi ilə əvəz olunaraq suyun kəndə gəlməsi təmin edilib. Yaxın günlərdə həmin bulaqda yeni su anbarının tikilməsi nəzərdə tutulub.
Digər kəndlərdə olduğu kimi, Xanlıqlar kəndində kəndarası yollar da təmir olunub. 3 kilometrə yaxın kənddaxili yollara qum-çınqıl tökülərək hamarlanıb, sakinlərin rahat şəkildə gediş-gəlişi təmin edilib.
Dəmirçilər kəndində də sakinləri narahat edən məsələ öz həllini tapıb. Belə ki, Coğazçay-Qazax magistral su xəttinin kəndin ərazisindən keçən hissəsində D-425 mm-lik polad boruda baş vermiş qəza tam aradan qaldırılaraq suyun verilməsi bərpa olunub.
Həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, bu gün Qazaxda ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili ön planda tutulur. Onlar tərəfindən səsləndirilən hər xırda bir məsələyə belə həssaslıqla yanaşılır və öz həllini tapır.

Keçidlər