Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar tərəfindən qaldırılan məsələlər müzakirə olunub

16 yanvar 2019 | 16:00

Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili hər zaman ön planda tutulur. İstər keçirilən səyyar görüşlərdə, istər fərdi qəbullarda sakinləri narahat edən məsələlər diqqətlə dinlənilir, həlli istiqamətində məqsədyönlü işlər görülür.
Aslanbəyli kəndində keçirilən hesabat yığıncağında sakinlər tərəfindən qaldırılan həyətyanı torpaq sahələrinin suvarılması ilə bağlı məsələlər də yığıncağın ertəsi gün müzakirə olunub.
Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətində qeyd olunan məsələ ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, təhkim olunmuş şəxslərin və kənd sakinlərinin birgə iştirakı ilə yığıncaq keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək bildirib ki, bu yığıncağı keçirməkdə əsas məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə çəkməkdir. Sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət həllini tapsın.
Sonra yığıncaq zamanı səsləndirilən məsələ müzakirə olunub və aidiyyəti təşkilatlara mövcud vəziyyətin aradan qaldırılması üçün təkliflər hazırlanması tövsiyə olunub.
Xanlıqlar kəndində “Baba Dərviş” deyilən ərazidə yerləşən pay torpaqlarının suvarılmasının yaxşılaşdırılması məqsədilə mövcud olan kanalın təmiri, beton üzlüyə alınması və suötürücü qapının genişləndirilməsi ilə bağlı məsələyə də baxılıb.
Rayon rəhbərliyi həmin məsələ ilə bağlı yerində baxış keçirib və məsələnin həlli yolları müzakirə olunub. Məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Keçidlər