Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirilib

19 yanvar 2019 | 16:00

Bu gün Qazax Dövlət Dram Teatrı tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Xalq yazıçısı, Əməkdar İncəsənət Xadimi Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanan tamaşa nümayiş etdirilib.
Rayon Mədəniyyət Mərkəzinin böyük zalında nümayiş olunan tamaşada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon rəhbərliyi əvvəlcə mərkəzin foyesində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı “20 Yanvar - qəhrəmanlıq tariximizin şanlı səhifəsidir” sərgi ilə tanış olublar.
Sonra tamaşanın nümayişi olub. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubovdur. Tamaşada əsas rolları Nazilə Məmmədova, Aydın Orucov, İlqar Hacəliyev, Nəsimi Aşbazov və Məmməd Hacəliyev ifa ediblər.
Tamaşada hadisələr 1937-ci ilin son günü, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə baş verir. Stalin repressiyasının baş verdiyi bir zamanda cəmiyyət, hətta ailələr belə əziyyət çəkir. Hamı bir-birindən şübhələnir, bir-birinə göz qoyur. İş o yerə çatır ki, ata oğlundan, ər arvadından, qonşu-qonşusundan donos yazır. Hər kəs həyatda sağ qalmaq xatirinə hər vasitəyə əl atır. İnsanlar dar ayaqda şeytanı lənətləyir. Ancaq özlərinin törətdiyi əməllər şeytan əməllərindən də betərdir.
Əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər