Şriftin ölçüsü :

Saytın rəngi :

Ağac əkini kompaniyası uğurla başa çatdırılmışdır

13 aprel 2015 | 15:00

“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “ Ümumrespublika Yaşıllaşdırma”  marafonu çərçivəsində Qazax rayonunda ağac əkini kompaniyası uğurla başa çatdırılmışdır. Nəticədə Bakı – Qazax magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən  46 km-lik Sınıq körpüyədək olan hissəsində və rayonun ayrı-ayrı yaşayış məntəqələrində 16 min ədəd yeni Eldar şamı, Küknar və s. ağaclar əkilmişdir. Yüz faiz bitiş alınması üçün yeni basdırılmış ağaclara aqrotexniki qaydalara  uyğun qulluq göstərilir.

Keçidlər