Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın uşaq bağçalarında bayram şənlikləri keçirilib

18 mart 2019 | 16:00

Bu gün Novruz bayramı münasibətilə Qazax rayonunun bütün uşaq bağçalarında bayram şənlikləri keçirilib.
Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün əlindən gələni əsirgəməyən rayon rəhbərliyi bu bayramda da körpə fidanları təbrik edib. Bayram günləri ərəfəsində gələcəyimiz olan körpə fidanlar da diqqətdən kənarda qalmayıb.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərindən baş məsləhətçilər Gülnar Quliyeva, Vəfa Cəbiyeva, Amid Mustafayev, aparıcı məsləhətçi Hacıalı Məmmədov, məsləhətçi Səba Paşayeva, baş mütəxəssis-komendat Leyla Muradova bayram tədbirlərində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə rayon rəhbərliyinin ən xoş təbriklərini çatdırıblar.
Bayram tədbirlərində uşaqların bir-birindən rəngarəng çıxışları, söylədikləri şeirlər, ifa etdikləri mahnılar, göstərdikləri səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

Keçidlər