Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Yaşıl məktəb” aksiyası keçirilib

12 aprel 2019 | 16:00

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən etibarən “Yaşıl məktəb” aksiyasına start verib. Aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılır.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Bu gün Qazax məktəbləri də “Yaşıl məktəb” aksiyasına qoşulub. S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəb, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb, Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəb, N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəb, Aslanbəyli kənd tam orta məktəb, R.Mirzəliyev adına Alpout kənd tam orta məktəb, A.Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəb, Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəb, Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəb, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəb, A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəb, E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəblərdə ağacəkmə aksiyası keçirilib. Şəhər və kənd məktəbləri daxil olmaqla 13 məktəb üzrə 520 ədəd ağac əkilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı ilə birlikdə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən “Yaşıl məktəb” aksiyasında iştirak ediblər. Ağac əkərək bu cür aksiyaların böyük əhəmiyyət daşıdığını bildiriblər.
Sonra rayon rəhbəri cari ilin mart ayının 12-də görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə məktəbin həyətində salınmış bağda olub, ağaclara göstərilən qulluqla maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq edilir.
Daha sonra rayon rəhbəri məktəbin müəllim kolektivi ilə görüşüb, səmimi söhbət edib. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə təhsilə olan qayğının ən bariz nümunəsi respublikamızda “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunmasıdır. Bu ilin 4 fevralında açılışını etdiyimiz 2 nömrəli məktəb də bu dediklərimizin əyani sübutudur. Bu gün məktəbdə müəllim-şagird kollektivi üçün hər cür şərait yaradılıb. Bu, isə o deməkdir ki, ölkəmizdə təhsilə olan qayğı hər zaman yüksək səviyyədə olub və bundan sonra da olacaqdır.
Məktəb direktoru Murğuz Musatafayev çıxış edərək təhsil sahəsinə, müəllimlərə, şagirdlərə göstərilən diqqət və qayğıya, yeni məktəb binasının əsaslı tikintisinə görə ölkə başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından bir daha minnətdarlığını bildirib. Bu gün keçirilən aksiyada yaxından iştirak etdiyinə görə rayon rəhbərinə təşəkkürünü çatdırıb.
Məlumat üçün qeyd edək ki, aksiya aprelin sonunadək davam edəcək.

Keçidlər