Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Oyunlarının Məşəli Qazaxda alovlandırıldı

18 may 2015 | 15:00

Son illərdə gözəlləşən, müasirləşən, tikinti- abadlıq işlərinin geniş vüsət aldığı Qazax şəhəri bayram libasına bürünüb. I Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Heydər Əliyev prospektində, eləcə də şəhərin Nizami, Vidadi, M.Carçıyev, M.Dilbazi, Şəhidlər Xiyabanı, Vaqif, Azadlıq, Bakı, N.Nərimanov, Ə.Şıxliniski küçələrində və Heydər Əliyev parkında qələbəlik, bayram əhval - ruhiyyəsi hökm sürür. Minlərlə rayon sakini, gənclər, idmançılar və veteranlar I Avropa Oyunlarının məşəlini böyük maraqla sevinc içərisində gözləyirlər.
Qədim “Atəşgah” məbədində alovlandırılan I Avropa Oyunlarının məşəli Naxçıvandan başlayaraq respublikamızın 30 rayonundan keçərək mayın 18-də, günorta  Qazax şəhərinə gətirildi.
Heydər Əliyev prospektində Avropa Oyunlarının məşəlinin 10 minlərlə rayon sakini və idmançıların iştirakı ilə möhtəşəm qarşılanma mərasimi oldu. Minlərlə qazaxlının sevinc dolu davamlı alqışları və gül- çiçək yağışı altında rayonun fəal gənci  İsmayılov Vüsal Fəxrəddin oğlu I Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəldarların yürüşü başladı. Heydər Əliyev prospekti boyunca 3 km-ə yaxın məsafədə 10 nəfər qazaxlı məşəldar bir-birini əvəz edərək yürüşü davam etdirib,  10 minlərlə rayon sakininin alqış sədaları və müşaiyəti ilə məşəli Heydər Əliyev parkına gətirdilər. Sonuncu yürüşçü rayonun fəal idmançı gənclərindən olan Əhmədov Tərxan İlham oğlu burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırdı. I Avropa Oyunlarının məşəli isə yandırılan çıraq isə mərasim iştirakçılarının alqış sədaları altında  4 dəfə dünya 6 dəfə Avropa çempionu Vəkilov Qismət Səxavət oğluna təqdim edildi. Çıraq İlk Avropa Oyunları başa çatanadək   Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Birinci Avropa Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa İdman Oyunları Komitəsinin prezidenti Partik Hikki və eləcə də 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən "Atəşgah Məbədində" Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikanın və rayonunun incəsənət ustalarının konsert proqramı qazaxlıların məşəl sevincini daha da artırdı.
Rayon sakinləri Avropa Oyunları məşəlinin Qazax şəhərinə gətirilməsindən qürur duyduqları sevinci bir-birilə bölüşmüşlər. Söyləmişlər ki, Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bu gün Azərbaycanın Qərb Qapısı olan Qazaxda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndində, Şuşada, Ağdamda və digər işğal olunmuş şəhərlərimizdə yandırılsın.
Mərasim rayon sakinlərinə və tədbir iştirakçılarına xoş ovqat bəxş etmiş, heç vaxt unudulmayan anlar yaşatmış və atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər