Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

12 iyun 2019 | 16:00

Ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən qayğının ən bariz nümunəsini son 3 ildə Qazaxda vətəndaş amilinin ön plana çəkilməsindən aydın şəkildə görmək olar. Rayon rəhbərinin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həftə ərzində sakinlərlə keçirdiyi səyyar görüşlər, fərdi qəbullar, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirməsi bunu söyləməyə əsas verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Şəhər sakini Məmmədova Türkan Lətif qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq ixtisasına uyğun Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda iştirak etməsi tövsiyə olunub. Bununla yanaşı sənədlərini təqdim etməsi bildirilib.

Şəhər sakini İbrahimova Tərlalə Mehdi qızı oğlunun evinin təmirinə göstərilən köməyə görə minnətdarlıq edib. O, qeyd edib ki, müraciətimin öz müsbət həllini tapması bir daha onu göstərdi ki, icra aparatına müraciət edən hər bir vətəndaşın istəyinə həssaslıqla yanaşılır və mümkün olan köməklik göstərilir.

Daha bir şəhər sakini Ərzənov İsmixan Şahqulu oğlu da sadəcə olaraq minnətdarlığını bildirmək üçün gəldiyini söyləyib. O, qeyd edib ki, bu gün hər bir vətəndaşın borcudur ki, ölkə başçısı İlham Əliyevin bizlər üçün gördüyü işləri, onun həyata keçirdiyi uğurlu layihələri olduğu kimi təqdim edək və həmişə yüksək qiymətləndirək. Ölkə rəhbərinin yürütdüyü siyasətə hər zaman dəstək olaq və onun ətrafında sıx birləşdiyimizi öz əməli işlərimizlə nümayiş etdirək. Qazaxda vətəndaş amilinin ön plana çəkilməsini həmin əməli işlərdən hesab edən sakin buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhər sakinləri Gözəlova Rahiyə Əli qızının, Budaqov Mehman Əli oğlunun, Əliyev İlqar Ələddin oğlunun, Qarapapaq kənd sakini Seyidov Mirabbas Mirsənan oğlunun, Qazaxbəyli kənd sakini Əzizova Tahirə Rəşid qızının, Daş Salahlı kənd sakini Mancanova Əfsanə Daşdı qızının, Alpout kənd sakini Qurbanov Sənan Aqif oğlunun, Xanlıqlar kənd sakini, Aprel döyüşçüsü Daşdəmirov Əfqan Nüsrəddin oğlunun müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər