Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ağsaqqallarla görüşüb

19 iyun 2019 | 16:00

Qazaxda bütün sahələrlə yanaşı, vətəndaşlara göstərilən diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, rayonda icra başçısı ilə sakinlər arasında səmimi bir münasibət yaranıb. Rayon rəhbərinin daim diqqət mərkəzində saxladığı, mütəmadi olaraq qayğı ilə yanaşdığı insanlardan biri də rayonda yaşayan ağsaqqallarımızdır. İcra başçısının onlarla görüş keçirməsi isə artıq bir ənənə halını alıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə rayon Müharibə və Əmək Veteranlarının İstirahət Mərkəzində olub, ağsaqqallarla görüşüb, onların qayğıları ilə maraqlanıb. Ömrünün ahıl çağlarını yaşayan insanlarla səmimi söhbət edən icra başçısı onların istəyini nəzərə alaraq istirahət üçün istifadə etdikləri inzibati binanın təmir olunması barədə aidiyyəti üzrə tapşırıq verib.

Ağsaqqallar mütəmadi olaraq onlara baş çəkdiyi, daim qayğıları ilə maraqlandığı üçün rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün təbəqədən olan insanlara eyni cür qayğının göstərilməsini yüksək qiymətləndirərək razılıqlarını ifadə ediblər.

İcra başçısı onlara olan səmimi münasibətin bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.

Keçidlər