Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

03 iyul 2019 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Qazaxda həftə ərzində sakinlərlə səyyar görüşlərin, fərdi qəbulların keçirilməsi, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində baxılması artıq bir ənənə halını alıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər sakini, müharibə veteranı Məmmədov Telman Tatar oğlu torpaq sahəsi ilə təmin olunma barədə müraciət etdiyini vurğulayıb. Vətəndaşa qanunamüvafiq qaydada izahat verilib.
Kosalar kənd sakini Əmirova Leyla Eyvaz qızının sığınacaqla təmin edilmə və Xanlıqlar kənd sakini Məmmədova Züleyxa Nəsib qızının evinin təmirinə köməklik olunması ilə əlaqədar müraciətlərinə baxılacağı bildirilib.

Keçidlər