Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda "Avey" Dövlət-Tarix Mədəniyyət Qoruğunun "Damcılı" bulaq və “Göyəzən” dağı filiallarında möhtəşəm festival keçirilib

06 iyul 2019 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il İş planına əsasən 30 iyun -10 iyul 2019-cu il tarixində ölkəmizdə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Tədbir çərçivəsində regional idarələrin əhatə etdiyi şəhər və rayonlarda tabe mədəniyyət müəssisələrində tədbirlərin proqramı hazırlanmışdır.
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin həyata keçirdiyi silsilə tədbirlər sırasında bu gün Qazax rayonu ərazisində yerləşən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” bulaq və “Göyəzən” dağı filiallarında möhtəşəm festival keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova, aparatın məsul işçiləri, Gənclər və İdman Nazirliyi Yanında İctimai Şuranın sədri, “Virtual Qarabağ” İKT mərkəzinin sədri Nürəddin Mehdiyev, paytaxtdan gəlmiş qonaqlar, mədəniyyət işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Öncə qonaqları ulu Dədə Qorqud salamlayaraq, onları milli-mənəvi dəyərlərimizi özündə əks etdirən sərgilərə baxış keçirməyə dəvət edib. Sonra YUNESKO-nun Ümumdünya İrs Siyahısına düşən milli mətbəximiz-dolma, lavaş, müxtəlif xalçalar, kəlağayılar, milli musiqi alətlərimiz və Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Nəsimi ili”nə həsr etdiyi kitab sərgisi nümayiş olunub. Eyni zamanda, meydanda qurulmuş çadırların ətrafında Qarabağ atlarını simvolizə edən atların yürüşünə tamaşa edilib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbiri giriş sözü ilə açaraq 30 iyun-10 iyul tarixləri arasında paytaxtımızda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edib. Azərbaycan–YUNESCO əməkdaşlığında ulu öndər Heydər Əliyevin rolundan, dahi şəxsiyyətin uğurlu siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin mədəni irsimizin qorunub saxlanılması, təqdimatı, təbliği istiqamətində xidmətlərindən danışıb. Natiq qeyd edib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda ölkə başçısının və Birinci vitse-prezident, YUNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri danılmazdır. Hazırda Azərbaycandan YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycan muğamının, Azərbaycan aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalça toxuculuğunun, Azərbaycan tar ifaçılıq sənətinin və onun hazırlanma üsulunun, qadın baş örtüyü kəlağayının düzəldilməsinin, Lahıc misgərlik sənətinin, lavaş, dolma kimi milli yeməklərimizin, kamançanın, Dədə Qorqud dastan mədəniyyətinin, nağıllarının və musiqisinin, Qarabağ atı ilə oynanılan Çövqan atüstü oyununun, Naxçıvanın ənənəvi qrup rəqsləri-yallı, köçəri, tənzərə olmaqla 13 qeyri-maddi mədəni irs nümunəsinin daxil edildiyini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək qonaqları və festival iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, bu gün tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanılması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. Ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə olan xidmətlərindən söz açan müavin bu sahədə görülən bütün işləri yüksək qiymətləndirib. Milli-mədəniyyətimizin, tarixi soy-kökümüzün tanıdılmasında ölkəmizdə keçirilən möhtəşəm tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra festival aşıq və zurnaçıların bir-birindən gözəl ifaları və Tovuz rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı maraqlı tamaşalarla davam etdirilib.

 

Keçidlər