Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı çoxmənzilli binalarda görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb

01 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan, şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabani 12 və 14 saylı binalarda görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, hər üç binanın giriş qapıları və pəncərələri qoyulub, elektrik və rabitə xətləri səliqəyə salınıb. Hazırda binaların bütün bloklarında rənglənmə işlərinə başlanılıb.
İcra başçısı görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün işlərin yüksək səviyyədə görülməsini qeyd edib.
Ş.Xiyabani 14 saylı binada yaşayan sakin Roman Abbasov yaşadıqları çoxmənzilli binaların təmirinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Binalarda səliqə-sahmanla yanaşı, işlərin keyfiyyətinə də üstünlük verildiyini qeyd edib.
Məlumat üçün onu da bildirək ki, Qazaxda son 3 ildə vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub. Qalan binaların əksəriyyətində də təmir işlərinə sürətlə start verilib.

 

 

Keçidlər