Şriftin ölçüsü :

Saytın rəngi :

Filmin təqdimatı keçirilmişdir

10 avqust 2015 | 15:00

Qazax rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyi" tərəfindən hazırlanmış  Azərbaycanın  Milli Qəhrəmanları- Nəsibov Mərifət Əhməd oğlu, Alıcanov Rafiq Cəfər oğlu və Çobanov Şamoy Məhiyəddin oğlu haqqında “Ölümə Qənşər” adlı bədii sənədli filmin təqdimatı keçirilmişdir.
      Təqdimat mərasimində dövlət qrumlarının rəhbərləri, hərbiçilər, polis əməkdaşları, təhsil , səhiyyə, mədəniyyət işçiləri, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Filmin təqdimatı yüksək səviyyədə təşkil olunmuş və rəğbətlə qarşılanmışdır.
     Sonda tədbir iştirakçıları sənədli filmin yaradıcı heyyətinə təşəkkürlərini bildirmişlər, onlara yeni-yeni sənəd və yaradıcılıq uğurları arzulamışlar. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasında bu cür filmlərin əhəmiyyətindən danışmışlar.

Keçidlər