Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub

14 avqust 2019 | 16:00

Xəbər verdiyimiz kimi, şəhərin mərkəzində yerləşən daha üç bina – Azadlıq 92, Ş.Xiyabani 12 və 14 saylı binalar təmir olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan həmin binalarda görülən işlərlə tanış olub, mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbərinə bildirilib ki, hər üç binanın giriş qapıları və pəncərələri qoyulub, elektrik və rabitə xətləri səliqəyə salınıb. Binaların bloklarında rənglənmə işləri yekunlaşıb. Xarici fasadda isə başa çatmaq üzrədir. Hazırda blokların giriş hissəsində olan günlüklər yenidən qurulur. Demək olar ki, son tamamlanma işləri aparılır.
İcra başçısı görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün işlərin yüksək səviyyədə görülməsini qeyd edib.
Sonra rayon rəhbəri təmir olunması nəzərdə tutulan Ş.Xiyabani 25 və 27 saylı binalarda olub, mövcud vəziyyəti öyrənib.
Məlumat üçün qeyd edək ki, Qazaxda son 3 ildə vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub. Qalan binaların əksəriyyətində də təmir işləri sürətlə davam etdirilir.

 

 

 

Keçidlər