Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

20 avqust 2019 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
Aşağı Əskipara kənd sakini Adıgözəlova Aysel Rəfayıl qızının işlə bağlı müraciətinə cavab olaraq “Azərxalça” ASC-nin Qazax filialında işləməsi təklif olunub və təmin olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.
Şəhər sakini Nəsibov Elman Nəsib oğlunun övladının işlə təmin olunması ilə bağlı müraciətinə isə oğlunun ixtisasına uyğun olaraq Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə edilib.
Çaylı kənd sakini Axundova Nazəndə İslam qızının, Ağköynək kənd sakini Hüseynov Pərvin Pənah oğlunun, Bakı şəhər sakini Mustafayev Hacıvəli Abbas oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
Xanlıqlar kənd sakini Alməmmədova Əminə İbrahim qızı isə yalnız təşəkkür etmək üçün gəldiyini bildirib. O, dövlət başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda görülən işlərə görə minnətdarlığını çatdırıb. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib.

Keçidlər