Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə qurban payları verilmişdir

24 sentyabr 2015 | 15:00

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
     Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq əziz bayram münasibəti ilə qurbanlar kəsilmiş, rayonun şəhər və kəndlərində yaşayan aztəminatlı ailələrə paylanmışdır. Onlar ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan və bu cür xeyirxah əməllərdən razı qaldıqlarını söyləmişlər.

Keçidlər