Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokurorun müavini Qazax və Ağstafa rayonlarının sakinlərini qəbul edəcək

23 sentyabr 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq, cari ilin sentyabr ayının 27-də saat 10:00-da Azərbaycan Respublikasının Baş prokurorunun müavini cənab Namiq Əsgərov tərəfindən Qazax rayon prokurorluğunun inzibati binasında Qazax və Ağstafa rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlər yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmalıdır.

Qəbula gəlmək istəyən Qazax rayonunda yaşayan vətəndaşların qeydiyyatı hər gün saat 09:00-dan 18:00-dək Qazax rayon prokurorluğunda aparılır.

Keçidlər