Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın müraciətinə yerində baxılıb

30 sentyabr 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş amilidir. Bu gün hər bir qazaxlı üçün tək bir gerçəklik var ki, o da dövlət başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısının Qazaxda da olduğu kimi öz əksini tapmasıdır. Bunun ən bariz nümunəsi isə son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsidir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bir daha sübut edir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılır. Məktubda qeyd olunan hər bir istəyə xüsusi həssaslıqla yanaşılır. Ən əsası da rayonda vətəndaş amili üstün tutulur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ötən həftə qəbul zamanı müraciət etmiş şəhərin Ə.Şıxlinski küçəsi 5 ünvanında yaşayan Hacıyeva Nəzakət Səməd qızının istəyinə əsasən evində olması, qaldırdığı məsələyə yerində baxılması rayonda vətəndaşa göstərilən qayğının daha bir bariz nümunəsidir.
N.Hacıyevanın evinin təmiri ilə bağlı müraciətinə əsasən yerində baxış keçirən rayon rəhbəri vətəndaşı diqqətlə dinləyib. Evin mövcud vəziyyəti, ailənin yaşayış şəraiti ilə yaxından tanış olan icra başçısı köməklik olunacağını bildirib.
N.Hacıyeva onun istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdığı məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıq edib.

Keçidlər