Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

31 oktyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Çaylı kənd sakini Nəbiyev Xanbaba Məşədi oğlunun torpaq məsələsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə yerində baxış keçiriləcəyini qeyd edib.
Şəhər sakinləri Nəsibova Şəlalə İsmixan qızının, Şıxıyeva Sona Aftandil qızının, Xuduyeva Gülnaz Səfər qızının, Mehdiyeva Şəfiqə Beyis qızının, Yuxarı Salahlı kənd sakini Alıyeva Aliyə Tofiq qızının, Cəfərli kənd sakini Almazov Kamal Məhəmməd oğlunun (övladının), Ağköynək kənd sakini Qaragözova Mələk Şahin qızının işlə təmin olunmaları barədə müraciətlərinə cavab olaraq vətəndaşların istəklərinə uyğun boş iş yeri yaranan zaman baxılacağı bildirilib.
Şəhər sakini Müftizadə Həsən Məhəmməd oğlunun, Orta Salahlı kənd sakini Babacanov Nəbi Musa oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər