Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda dezinfeksiya tədbirləri davam etdirilir

23 mart 2020 | 16:00

Qazaxda koronavirus infeksiyasının yarada biləcəyi  təhlükənin qarşısını almaq üçün vaxtaşırı təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Bütün müəssisələrdə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayon ərazisində dezinfeksiya işlərini uğurla davam etdirirlər.
Əməkdaşlar bu dəfə dezinfeksiya  tədbirlərini şəhərin mərkəzində əhalinin sıx  toplaşdığı parklarda, Şəhidlər Xiyabanında, Qazax Avtovağzalında, "Əsədoğlu” marketin qarşısında, Bayraq Meydanında, avtomobil dayanacaqlarında və ətraf ərazilərdə həyata keçiriblər.
Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

 

Keçidlər