Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məcburi köçkünlərin yaşadığı yeni qəsəbə növbəti dəfə dezinfeksiya olunub

04 aprel 2020 | 16:00

Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş tələblərə riayət edilməklə aparılan təmizlik və dezinfeksiya işləri Qazaxda da davam etdirilir.
Bu gün mənfur ermənilər tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbə növbəti dəfə dezinfeksiya olunub.
304 ailənin, 1167 nəfər sakinin yaşadığı qəsəbədə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, dördmərtəbəli 10 binanın 23 bloku, eləcə də qəsəbədə yerləşən qazanxana, su nasos stansiyası, həyətdə sakinlərin istirahəti üçün nəzərdə tutulan söhbətgahlar, məişət tullantılarının yığılması üçün istifadə olunan tullantı qabları suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.

 

Keçidlər