Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli toplantı və bayram şənlikləri keçirilmişdir

29 dekabr 2015 | 16:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir. Şəhər və kəndlər bayramsayağı bəzədilmiş, idarə, müəssisə və təşkilatlarda, məktəblərdə və məktəbəqədər tərbiyə müəssisələrində yolkalar bəzədilmiş, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün tədbirlər planı hazırlanmışdır.
Həmin tədbirlər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətində geniş toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini  icra edən Fərman Nağdalıyev açaraq ətraflı çıxış etmişdir. Fərman Nağdalıyev 2015-ci ildə  ölkəmizdə və Qazax rayonunda sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına məlumat verərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin işləyib hazırlamış olduğu  siyasətin bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir.  O, sonra 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar toplantı iştirakçılarına geniş məlumat vermişdir. Xalqımızı bayram münasibətilə təbrik etmiş, 2016-cı ildə hamıya  möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulamışdır. Toplantıda bir-birindən maraqlı çıxışlar olmuş və fikirlər səsləndirilmişdir. Çıxış edənlər ötən il əldə olunmuş uğurlardan və Dünya Azərbaycanlılarının Həmrəyliyindən danışmışlar.
Təntənəli toplantıdan sonra Qazax şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısında möhtəşəm bayram şənliyi başlamışdır. “Vurğun” instrumental ansamblının üzvlərinin ifa etdiyi musiqilər, mahnı və rəqslər bayram əhval-ruhiyyəsinə daha bir xoş ovqat qatmışdır.  Yeni ilin əsas atributları olan Şaxta baba və Qar qızın rayon sakinlərini şənliyə çağırması,  söylədikləri şeirlər və əhvalatlar şənlik iştirakçılarına unudulmaz anlar bəxş etmişdir.
Qazax şəhərinin digər hissəsində, Uşaq Əyləncə Mərkəzində də böyük bayram izdihamı var idi. Əyləncə Mərkəzinin bir neçə yerində  yolkalar qurulmuş, məktəbəqədər tərbiyə müəssisələrində və eləcə də orta məktəblərdə tərbiyə alan azyaşlı körpələr yolka ətrafında dövrə vurur və şənlənirdilər. Xoş musiqi sədaları və əyləncəli proqramlar azyaşlı uşaqların bayram şənliklərini daha da rəngarəng, maraqlı və yadda qalan etmişdir..
Şənlik  gün ərzində davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.
Bayramla əlaqədar aztəminatlı ailələrə, uşaqlara  bayram sovqatları və hədiyyələr verilmişdir.


     .

Keçidlər