Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Şıxlı kəndində yeni məktəb binası inşa olunur

24 may 2020 | 16:00

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən respublikamızda təhsil sahəsinə olan qayğı Qazaxda da öz real əksini tapır. Bunu son illər rayonda yeni məktəb binalarının inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi əyani şəkildə sübut edir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bunun bariz nümunəsidir.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdir.
Heydər Əliyev Fondu tərəfindən reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.
Qazax Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı bölgələrimizdə, o cümlədən də Qazaxda təhsil sahəsnə göstərilən qayğıya görə təhsil işçiləri, ziyalılar və rayon ictimaiyyəti adından ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova minnətdarlığını bildirib. N.Babanlı hazırda rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikildiyini bildirib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbdə isə aparılan yenidənqurma işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd edib.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Kələşova, rus dili müəllimi Fəridə Əhmədova, valideynlərdən Aygün Həsənova, Elşad Eyyubov müəllimlər, valideynlər adından ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.
İş icraçısı Elnur Verdiyev yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını bildirib. Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarının, həcmi 100 kubmetr olan yanğından mühafizə üçün su anbarının, su nasosu stansiyasının, qazanxananın, idman zalı, akt zalı, yeməkxana və oyun meydançasının da inşa ediləcəyini qeyd edib. Hazırda zirzəminin tikintisinin başa çatdığını, yeni məktəb binasının birinci mərtəbəsinin hörgü işlərinə başlanıldığını vurğulayıb.

Keçidlər