Şriftin ölçüsü :

Saytın rəngi :

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar keçirdiyi Respublika videomüşavirəsində verilən tapşırıqların icrası aidiyyəti üzrə müzakirə olunub

08 avqust 2020 | 16:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.
Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər.
Videomüşavirə zamanı ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı tapşırıqlar verib.
Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovanın, Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Səadət Nazarovanın iştirakı ilə bu gün Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda səslənən fikirlər, verilən tapşırıq və tövsiyələr geniş şəkildə müzakirə olunub. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində Baş Nazirin verdiyi tapşırıqların icrası ilə bağlı göstərişlərini verib.

Keçidlər