Şriftin ölçüsü :

Saytın rəngi :

“Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində tədbir keçirilmişdir

21 aprel 2016 | 16:00

Rayonumuzda dini maarifləndirmə və mili-mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Rayonun I Şıxlı kənd tam orta məktəbində keçirilən tədbiri Azərbaycan Respublikasının Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev açmış və dövlət başçısı İlham Əliyevin dini icmalara, dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə qayğısı kimi qiymətləndirmişdir. Bildirmişdir ki, Prezidentin bu qərarı dini icmaların fəaliyyətində aktivlik yaradacaq, layihələr çərçivəsində keçirilən tədbirlərdə cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması üçün səy göstərəcək, İslam dini və milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması istiqamətində atılan bu təqdirəlayiq addım öz bəhrəsini verəcəkdir.
Tədbirdə çıxış edən QMİ-nin Qərb bölgəsi üzrə qazisi İlham Süleymanov, I Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev və başqa natiqlər radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışmışlar. Qeyd edilib ki, qloballaşan dünyamızda son zamanlar baş verən əksər münaqişələrin əsas səbəbi radikalizm, ekstremizm, məzhəb təəssübkeşliyi və ayrı-seçkiliyidir. Bildirilib ki, bu cür hadisələrin yaranmaması üçün xalqı maarifləndirmək, insanlar arasında tolerantlıq mədəniyyətini, birgə yaşayış ənənəsini daha da inkişaf etdirməyə böyük ehtiyac var.
Tədbirdə vurğulanıb ki, gənc nəslin dini və milli əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün  mili-mənəvi dəyərlərə söykənən həqiqi dini dəyərlərlə, dövlətinə bağlı, sədaqətli, vətənpərvər tərbiyə olunması önəmlidir.
Tədbirdə çıxış edənlər ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən diqqət və qayğıdan da danışmışlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər