Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Heydər Əliyev prospektində aparılan abadlıq işləri ilə tanış olub

19 sentyabr 2020 | 16:00

Məlumat verdiyimiz kimi, cənab Prezident İlham Əliyevin qayğısı sayəsində Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə quruculuq işləri görülür. Artıq şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi aparılan və yeni asfalt vurulacaq Heydər Əliyev prospektində olub. Prospekt boyunca  görülən işlərlə yerində tanış olan rayon rəhbəri bütün işlərin keyfiyyətlə yerinə yetirilməsini bildirib və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlarını verib.
Hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada da yeni asfalt vurulacaq. Həmçinin, Bakı, Zeynalabdin Tağıyev küçələrində səkilərə yeni tamet döşənir, bardür düzülür.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan rayon sakinləri görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Heydər Əliyev prospekti

Zeynalabdin Tağıyev küçəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər