Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda aparılan abadlıq işlərindən - VİDEOREPORTAJ

21 sentyabr 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində son dövrlər Qazax rayonu da özünün intibah dövrünü yaşayır. Böyük bir tikinti meydançasını xatırladan Qazaxda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax rayonu inkişaf edərək abad rayonlardan birinə çevrilir.
Ölkə başçısının qayğısı sayəsində Qazax şəhərinin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə quruculuq işləri görülür. Küçələrə yeni asfalt vurulur, səkilərə yeni tamet və bardür düzülür, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilir.
Dövlət başçısının qayğısı sayəsində ildən-ilə, gündən-günə geniş vüsət alan abadlıq və quruculuq işləri onu deməyə əsas verir ki, Qazax müasir yolları, “Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq.
Qazaxda aparılan abadlıq və quruculuq işləri rayon sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Rayonda aparılan abadlıq və quruculuğu Qazaxın timsalında bölgələrimizin inkişafı istiqamətində görülən işlər kimi dəyərləndirirlər. Bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. https://www.youtube.com/watch?time_continue=2&v=lkT2zqWwRi0&feature=emb_title

 

Keçidlər