Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika günü münasibəti ilə toplantı keçirilmişdir

27 may 2016 | 16:00

Qazaxda 28 May Respublika günü münasibəti ilə toplantı keçirilmişdir. Toplantıdan əvvəl  Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət hissi ilə anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Toplantını giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq bildirmişdir ki, hər il may ayının 28-də Respublika gününü qeyd edərkən qürur hissi keçirir, ötən əsrin əvvəllərində xalqımızın vətənpərvər oğullarının apardığı mübarizənin nəticəsi kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin  şərəfli tarixi ilə fəxr edirik.
28 may 1918-ci ildə Şərqdə ilk demokratik respublika- Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Həmin gün Tiflis şəhərində Canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə Zaqafqaziya seymində təmsil olunan 44 nümayəndədən 26 nəfərin iştirakı ilə “Bəyannamə” qəbul edilərək Azərbaycan Xalq Cümhuriyyətinin   yaradıldığı  elan edildi.
Gənc  Azərbaycan Respublikası tərəfindən həyata keçirilən siyasət müstəqil dövlətçiliyin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq  bütün vətəndaşlara  bərabər hüquqlar verilməsi, Şərqdə ilk dəfə  olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, nizami Milli Ordunun, təhlükəsizlik  strukturlarının yaradılması, məhdud zaman çərçivəsində, gərgin daxili və xarici siyasi şəraitdə Xalq Cumhuriyyətinin miqyası, mahiyyəti və mənasını əyani şəkildə sübut edir.
Ancaq zaman çox sürətlə dəyişdi. Rusiyada möhkəmlənən Sovet hakimiyyəti Bakıya dəfələrlə nota göndərərək Sovet hakimiyyətinə tabe olmağı tələb edirdi. Nəhayət, aprelin 27-də növbəti nota parlamentin sonuncu iclasında müzakirə olundu və rədd cavabı verildi. Rədd cavabı bolşevik dövlətinin Azərbaycana hərbi müdaxiləsi üçün bəhanə oldu. Ertəsi gün ölkəmizin Rusiya ilə sərhəddində hazır vəziyyətdə hücum gözləyən XI rus ordusu hərbi müdaxiləyə başladı və Azərbaycanın müstəqilliynə  son qoyuldu. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz izlər buraxmışdır.  Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi.
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Eyni zamanda bu, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticəsidir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Bizim qarşımızda duran əsas vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkədə sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqımızın qəlbində yaşayır və rəğbətlə anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla gercəkləşdirilir.
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işi ilə doğruldur. Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə qürur duyur, gələcəyə böyük əminliklə baxırıq. Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarlarla zənginləşdirən və onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli liderimiz var. Prezident İlham Əliyev cənablarının yeritdiyi sosial-iqtisadi siyasət vətəndaşlarımızda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır.
Bu gün dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, cənab İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcək, onun inkişaf etmiş ölkələr sırasına yüksəlməsini təmin edəcəkdir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun iki dəfə artırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi,  kənd  təsərrüfatının və ağır sənayenin inkişafı və iqtisadi inkişafın  demoqrafik  amillə uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində siyasətin davam etdirilməsi və s. hədəflər mühüm yer tutur. 
Sonra İcra Başçısı  28 may – Respublika günü münasibətilə tədbir iştirakçılarını və  bütün xalqımızı təbrik etmiş, onlara möhkəm cansağlığı, səadət, xoş güzəran arzulamışdır. Azərbaycanda tezliklə əbədi sülhün bərqərar olmasına və Böyük Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə respublikamızın dünyanın qüdrətli dövlətləri sırasında həmişə azad və müstəqil yaşamasına əmin olduğunu ifadə etmişdir.
RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova məruzə ilə çıxış etmişdir.  Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Afaq Qasımova, “Azərsığorta” Dövlət Şirkəti Qazax filialının direktoru Mübariz Abdullayev, Qazax Rayon Gənclər və İdman idarəsinin  rəisi Vüqar Nəbiyev və başqalları çıxış etmişlər. Məruzə və çıxışlarda Şərqdə ilk demokratik respublika olan ADR-in keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmış və  bildirilmişdir  ki,  ADR-in yaranması bizim vaxtı ilə itirilmiş dövlətçiliyimizi bərpa etmişdir, eyni zamanda, xalqımızın tarixində ilk demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin təşəkkülünün əsasını qoymuşdur.
Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimiz möhkəm əsaslarını yaradaraq ADR-nin siyasi və hüquqi varisi olan bu günki qüdrətli, çiçəklənən Azərbaycanı yaratmışdır.

Keçidlər