Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda su və kanalizasiya sistemi yenidən qurulur

15 yanvar 2021 | 16:00

Son illər ölkənin bütün bölgələrində, o cümlədən Qazaxda genişmiqyaslı  abadlıq və quruculuq işləri görülüb. Bunun nəticəsində rayonda elə bir sahə yoxdur ki, orada hansısa yenilik olmasın.
Salınan abad yollar, çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, yeni  məktəb binalarının, uşaq bağçalarının tikilməsi, əsaslı təmiri və s. Qazaxı bölgənin nümunəvi rayonuna çevirib. Bununla belə, rayonda tikinti, quruculuq, abadlıq işləri səngimir. İlin əvvəlindən götürülən start deməyə əsas verir ki, 2021-ci il də Qazax üçün bu sahədə düşərli olacaq.
Artıq bir neçə ildir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur. Artıq şəhərin bir çox ərazilərində iş başa çatmışdır. Onu da qeyd edək ki, su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır. Abadlıqdan söz düşmüşkən onu da bildirək ki, rayon mərkəzindəki çoxmənzilli yaşayış binalarının ərazilərində “Abad məhəllə”lər yaradılır.

 

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzetinin bölgə müxbiri
15 yanvar 2021-ci il

Keçidlər