Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb

10 avqust 2021 | 16:00


Bu gün hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amili dayanır. Son illər ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrin təməlində vətəndaş məmnunluğunun təmin edilməsi əsas götürülür. Ən əsası da ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, vətəndaş amili hər zaman ön planda olmalıdır.
Ölkə rəhbərinin vətəndaşlara göstərdiyi qayğı Qazaxda da hər zaman örnək götürülür. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. Əminliklə deyə bilərik ki, illər öncə əsası qoyulan ənənə bu gün də olduğu kimi davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri birlikdə şəhərin Murtuz Carçıyev küçəsində yaşayan Nəcəf-Rəşidi Sara Elman qızının müraciətinə yerində baxış keçirməsi vətəndaşlara olan qayğının daha bir əyani göstəricisidir. Vətəndaşın yaşadığı evin qarşısından keçən su qacı ilə bağlı müraciətini dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib və həlli üçün aidiyyatı üzrə lazımi tapşırıqlarını verib.
Vətəndaş Sara Nəcəf-Rəşidi onlara göstərilən diqqətə, qayğıya, müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər