Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “44 gündə qazanılan tarixi Zəfər” adlı inşa yazı, məqalə, esse və şeir müsabiqəsi elan olunur

16 oktyabr 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, Qazax Rayon Təhsil Şöbəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Qazaxda 8 Noyabr - Zəfər Günü ərəfəsində gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə

"44 gündə qazanılan tarixi Zəfər” adlı

rayon üzrə inşa yazı, məqalə, esse və şeir müsabiqəsi elan olunur

- Müsabiqə inşa yazı, məqalə, esse və şeir nominasiyaları üzrə keçirilir;

- İnşa yazılar, məqalələr, esselər aidiyyatı üzrə Qazax Rayon Təhsil Şöbəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına və Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yazılı şəkildə təqdim olunmalıdır;

- Şeir söyləmək istəyən şəxslər aidiyyatı üzrə Qazax Rayon Təhsil Şöbəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına və Qazax Dövlət Sosial-İqtisadi Kollecinə müraciət etməlidir;

- İnşa yazıların, məqalələrin, esselərin qəbulu və şeirlərin təqdimatı 2021-ci il oktyabr ayının 25-dək aparılacaq;

- Məktəblilər arasında inşa yazı müsabiqəsi 9-11-ci siniflər, şeir müsabiqəsi 1-11-ci siniflər üzrə keçiriləcək;

- Ali və orta ixtisas təhsil müəssisələri üzrə keçirilən məqalə, esse və şeir müsabiqələrində bütün fakültə və kursların tələbələri iştirak edə bilərlər;

- İnşa yazılar, məqalələr, esselər, şeirlər 44 günlük Vətən müharibəsinə həsr olunmalıdır;

- Müsabiqənin qalibləri Diplom və mükafatla təltif olunacaq.

Əlavə məlumat üçün adları qeyd olunan təşkilatlara müraciət edə bilərsiniz.

Əlaqə telefonları:

Qazax Rayon Təhsil Şöbəsi:           (02229) 5-12-29

Bakı Dövlət Universitetinin  Qazax filialı:    (02229) 5-26-02 

Qazax Dövlət Sosial-İqtisadi Kolleci:          (022 29) 5-61-17

Keçidlər