Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Məzəm kəndində sakinlərin müraciətini yerində dinləyib

23 noyabr 2021 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında bir amil dayanır ki, o da vətəndaş amilidir. Bu gün tam əminliklə deyə bilərik ki, bu amil Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda birmənalı şəkildə icra olunur. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Qazax Elektrik Şəbəkəsinin rəisi Bəhruz Tağızadə və digər aidiyyatı şəxslərlə birlikdə bir qrup Məzəm kənd sakininin elektrik enerjisi ilə bağlı müraciətlərinə yerində baxış keçirməsi vətəndaşlara olan növbəti qayğıdır. 
Sakinlərin müraciətlərini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılmasını, mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıqla qarşılayıblar.

 

Keçidlər