Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilmişdir

15 fevral 2017 | 16:00

Qazaxdakı Ağköynək və Xanlıqlar kənd tam orta məktəblərində “Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə RİHB Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmış və prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və multikultural dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamların əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə və multukultural dəyərlərin qorunması sahəsində aparılan işlərin yüksək səviyyəyə çatdırılmasıdır.
  Tədbirdə çıxış edən Dini Qurumlar üzrə  Dövlət Komitəsinin Qərb bölgəsi  üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, şöbənin məsləhətçisi Rasim Tağıyev, DTX-nin rayon şöbəsinin əməkdaşı Müşfiq Mürsəlov, Qazax rayon prokurorluğunun böyük müstəntiqi Zöhrab Səmədov, Qazax rayon Polis şöbəsinin bölmə rəisi Elçin Qasımov, RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, QMİ-nin Qərb bölgəsi üzrə qazısı İlham Süleymanov, Çaylı kənd məscidi dini icmasının sədri Sahilə Orucova, Ağköynək kənd orta məktəbin direktoru Səfurə Rəhimova, Xanlıqlar kənd İƏD üzrə nümayəndəsi Xasay Balayev və başqaları çıxış etmişlər.
Sonda tədbir iştirakçıları və xüsusilə gənclərlə dialoq formasında maraqlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər