Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin pulsuz tibbi müayinəsi aparılır

16 fevral 2017 | 16:00

Ölkə prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən fevralın 15-dən etibarən Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılmışdır.
Keçirilən müayinələrin yüksək səviyyədə təşkili  üçün rayondakı Müalicə Diaqnostika Mərkəzi lazımi avadanlıqlarla tam təchiz olunmuş və vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Müəyinənin ilk günündən qrafikə uyğun tibbi müayinə təşkil edilib. Xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatologiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcək. Mayinələr əsasən terapevt, stomatoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən həyata keçirilir. Müayinənin ilk günündə 875 nəfər rayon sakini tibbi müayinədən keçib.

Keçidlər