Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir

16 fevral 2017 | 16:00

  Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatı Qazax rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə Rayon İcra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açmış və  yığıncaq iştirakçılarına YAP-ın 24 il ərzində çətin və şərəfli yol keçməsi, partiyanın ölkəmizdə anarxiya və özbaşınalığın hökm sürdüyü bir vaxtda ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması, əslində bu təşkilatın yaradılmasının Azərbaycan cəmiyyətinin tələbi olması, YAP-ın sədri seçildikdən sonra  partiyanın möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən daha da möhkəmlənməsi və güclənməsi, üzvlərinin sayının artması, bunun nəticəsində partiyanın bu gün 689 min nəfər üzvünün olması, partiya üzvlərinin əksəriyyətini ziyalıların, qadınların və gənclərin təşkil etməsi, partiyanın qəbul etdiyi siyasi kursun bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi, “YAP-ın bu günün, sabahın və gələcəyin partiyası” olması barədə yığıncaq iştirakçılarına geniş  məlumat vermişdir.
Sədr və katib seçildikdən, gündəlik təsdiq olunduqdan sonra söz məruzə üçün ilk partiya təşkilatının sədri Azad Hümbətova verilmişdir. A.Hümbətov məruzə ilə çıxış etmiş, partiyanın  yaranması, inkişafı və gördüyü işlər barədə ətraflı məlumat vermişdir. YAP-ın yaradılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, 2016-cı ildə rayonda aparılmış tikinti, quruculuq və abadlıq işləri barədə danışmışdır.
Sonra çıxışlar olmuşdur. Qazax RİHB aparatının məsul işçiləri,  aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova partiyanın qadın siyasəti, baş məsləhətçi Teybə Hüseynova, baş məsləhətçi Kamil  Mehdiyev və aparıcı məsləhətçi Vüqar Abdullayev gənclər siyasəti, məsləhətçi Müşviq Pirverdiyev partiyanın yaranması tarixi, məsləhətçi Vəfa Cəbiyeva və RİHB-nın köməkçisi Əmin Abıyev partiyanın keçdiyi çətin və şərəfli yol barədə danışmışlar.
YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov YAP-ın yaranması, fəaliyyəti və gördüyü işlər barədə yığıncaq iştirakçılarına məlumat vermişdir.
Tərkibi 5 nəfərdən ibarət idarə heyəti seçilmişdir.  RİHB aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov yenidən açıq səsvermə ilə ilk partiya təşkilatının sədri, RİHB aparatında baş məsləhətçi Adil Vəliyev isə  sədrin müavini seçilmişlər.
RİHB-nın başçısı cənab Rəcəb Babaşov, RİHB aparatında baş məsləhətçi Adil Vəliyev, RİHB aparatında sektor müdiri Azad Hümbətov, RİHB aparatında məsləhətçi Vəfa Cəbiyeva və aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova partiyanın IX konfransına  nümayəndələr seçilmişdir.

Keçidlər