Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Novruz yarmarkası keçirilir

15 mart 2017 | 16:00

Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə bu gündən etibarən Qazax şəhərindəki Təzə Bazarda  Novruz yarmarkası fəaliyyətə başlayıb.
  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov Novruz yarmarkasında iştirak edib. Burada yaradılan şəraitlə yaxından tanış olub, qiymətlərlə, əhaliyə göstərilən ticarət xidmətləri ilə maraqlanıb.
  Yarmarkada müxtəlif adda kənd təsərrüfatı məhsulları satılır. Ət və süd məhsulları, meyvə-tərəvəz, müxtəlif göyərtilər, bir sözlə, bayram süfrəsi üçün lazım olan bütün məhsullar  bazar qiymətindən aşağı qiymətə satılır.
Yarmarka fəaliyyətə başladığı ilk gündən rayonumuzun sakinləri yarmarkaya böyük maraq göstərirlər.
  Onu da qeyd edək ki, təzə bazarda istehsalıçıların məhsullarının daşınması, yerləşdirilməsi üçün lazım olan hər cür şərait yaradılıb. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir.
  Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilərlər.
  Bayram yarmarkası 3 gün - 15-16-17 mart tarixlərində davam edəcəkdir.

Keçidlər