Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyadan xoş təəssüratlarla qayıdıblar

26 mart 2017 | 16:00

  Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
  Layihə çərçivəsində martın 23-dən 26-dək davam edən tur-aksiyada Qazax məktəbliləri  Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiya edib, respublikamızın şimal-qərb bölgəsi ilə yaxından tanış olublar.
Tur-aksiya olduqca maraqlı keçib və məktəblilər Qəbələ, Şəki və Zaqataladan zəngin təəssüratlarla qayıdıblar. Məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub.
  Səfərdən qayıdan məktəblilər öz təəssüratlarını bölüşüb, sonda xatirə şəkli çəkdiriblər.

Keçidlər