Şriftin ölçüsü :

Saytın rəngi :

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı kartof əkininə başlayıb

27 mart 2017 | 16:00

Respublikamızda kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən diqqət və qayğı ildən-ilə artır. Bu da Azərbaycanın aqrar sektorunun ölkə əhalisini bütün növ ərzaq məhsulları ilə təmin edəcəyinə əsas yaradır.

  Kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı Qazax rayonunda da özünü daha aydın  göstərir. Rayondakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı tərəfindən rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində böyük işlər görülür.
  Hazırda 212 hektar sahədə aparılacaq kartof əkini işləri sürətlə və aqrotexniki qaydada həyata keçirilir. İşlərin belə sürətlə aparılmasının nəticəsidir ki, qısa müddətdə 40 hektar sahədə əkin işləri həyata keçirilib. Hər gün təqribən 8-10 hektar sahəyə kartof toxumu səpilir. Sahələrə Almaniyadan gətirilmiş “AQATA” kartof sortu əkilir. Bunun üçün əvvəlcədən lazımi hazırlıq işləri həyata keçirilərək sahələrdə şumlama və dərmanlama işləri görülüb. Təsərrüfat şumlama traktorları, dərmanlanma və toxumsəpən aqreqatlarla tam təmin olunub. Bu isə əkinin sürətlə aparılmasını və optimal müddətdə başa çatdırılmasını təmin edəcəkdir.

Keçidlər