Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kənd sakinləri ilə görüşmüşdür

29 mart 2017 | 16:00

  Fəaliyyətə başladığı ilk gündən xalqın arasında olaraq əhalini narahat edən problemləri onların öz dilindən eşidən Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq kəndlərə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir.
  İcra Başçısının Qarapapaq kəndində sakinlərlə keçirdiyi görüşdə də rayonumuzda, eləcə də Qarapapaq kəndində görülən işlərdən söz açılıb, mövcud problemlərdən danışılıb və onların həlli istiqaməti göstərilib.
  Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, mən fəaliyyətə başladığım ilk gündən kəndlərdə oluram. İstəyirəm ki, kənd sakinlərini narahat edən məsələləri onların öz dilindən eşidim. Bu, mövcud çatışmazlıqların aradan qaldırılmasına daha çox kömək edir. 
  Sonra cənab Rəcəb Babaşov rayonda, eləcə də Qarapapaq kəndində həyata keçirilən tikinti-quruculuq işlərindən söz açaraq bildirib ki, Qazax gündən-günə dəyişir və abadlaşır.  Yaxın vaxtlarda Qazax respublikamızın ən abad rayonlarından birinə çevriləcəkdir.
  Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru Solmaz Hacıyeva, kənd sakinlərindən Elxan Əhmədov, Aybəniz Yaqubova və başqaları söz alaraq rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovu salamlayıb, onlarla tez-tez görüşdüyünə görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, siz daim bizimlə maraqlanır, bizim problemlərimizin həlli üçün əlinizdən gələni edirsiniz. Biz kənd sakinləri sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss edirik.
Daha sonra çıxış edənlər kənddə olan bir sıra çatışmazlıqlardan da söz açıblar.
Şəhid atası Sarı Hüseynov və şəhid anası Xətayə Yaqubova çıxış edərək hər zaman şəhidlərin adını uca tutduğuna, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərdiyinə görə icra başçısına dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, siz hər zaman biz şəhid ailələri ilə yaxından maraqlanır, problemlərimizin həll olunmasına çalışırsınız. Biz şəhid ataları, anaları, övladları həmişə arxamızda bir güc, bir qüvvə hiss edirik. Həmin güc, qüvvə Sizsiniz və Sizin bizə olan diqqət və qayğınızdır.
  Sonda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov kənd sakinləri ilə tez-tez görüşəcəyini bildirmişdir.

Keçidlər