Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

30 mart 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir.
7 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Gədəbəy rayonunda saat 14:00-da Aşıq musiqili məktəbində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Tovuz, Gədəbəy rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.

Keçidlər