Şriftin ölçüsü :

Saytın rəngi :

XI Respublika Oyunlarının zona mərhələsində finala vəsiqə qazanmış idmançılar və onların məşqçilərilə görüş keçirimişdir

08 aprel 2017 | 16:00

İsmayıllı rayonunda 04-06 aprel 2017-ci il tarixlərdə 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Yeniyetmələrin XI Respublika Oyunlarının zona mərhələsi keçirilmişdir. Zona mərhələsində Qazax rayonunun yığma komandasının 15 idmançısı iştirak etmiş və onlardan 14 nəfəri final mərhələsinə vəsiqə qazanmışdır.  
Bu münasibətlə Qazax rayonu İcra Hakimiyyətində XI Respublika Oyunlarının final mərhələsinə lisenziya qazanmış idmançılarla və onların məşqçiləri ilə görüş keçirilmişdir.  Görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açmış, idmançıları və onların məşqçilərini qələbə münasibətilə ürəkdən təbrik etmişdir. Onlara xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni qələbələr arzulamışdır.
Sonra cənab Rəcəb Babaşov rayonumuzda son aylarda idmana göstərilən diqqət və qayğıdan söhbət açmış və onlar üçün yaradılmış şəraitdən, rayonda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, Qazax şəhərindəki Məhəmmədəli Qazaxlı adına güləş zalının əsaslı təmir olunmasından sonra digər idman müəssisələrinin də təmir olunması, idman avadanlıqları ilə təmin oluması sahəsində işlərə başlanılacaqdır. 
Qazaxın tarixən güclü idmançılarının olması, Qazax İdman Məktəbinin Respublika idmanında xüsusi yeri olduğunu söyləmişdir. Əmin olduğunu bildirmişdir ki, bu ənənə bu gün də Qazax rayonunda davam edir və gələcəkdə də davam edəcəkdir. 
Sonra çıxışlar olmuşdur. Sərbəts Güləş üzrə Azərbaycan Yığma Komandasının baş məşqçisi, Şöhrət ordenli Firdovsi Umudov, RİHB-nın müavini Gulaya Həsənova, RİHB Aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov, Göyəzən qəzetinin baş redaktoru Elçin İsmayıl, "Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman xadimi", əməkdar məşqçi Ramiz Tağıyev,  məşqçi müəllimlərdən Hamlet İlyasov, Sücayət Nağdalıyev, Cəlal Allahverdiyev, Fazil İsmayılov çıxış edərək qələbə münasibətilə idmançılarımızı təbrik etmişlər və onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına və  rayon icra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdalıqlarını bildirmişlər.
Bundan başqa, 29 mart -12 aprel 2017-ci il tarixlərdə Macarıstanın Sumbatxey şəhərində keçirilən 23 yaşlılar arasında sərbəst güləş üzrə Avropa Birinciliyində rayonumuzun 3 nəfər idmançısı - Pərviz İbrahimov, Pərviz Axundov və Kənan Əliyev təmsil olunmuşdur. Onlardan Əliyev Kənan Ayaz oğlu 86 koliqram çəki dərəcəsində III yeri tutmuşdur.
Sonda XI Respublika Oyunlarının final mərhələsinə lisenziya qazanmış idmançılardan Ruslan Əliyevə, Əli Əlizadəyə, İlham Süleymanova, Kərəm Kərimliyə, Rəhman Abbasova, Orxan Süleymanova, Səbuhi Əmiraslanova, İsəxan Yusibova, Orxan Mustafayevə, Elməddin Yusifova, Sənan Xəlilova, Zaur Məmmədəliyevə, Xəqan Osmanova, Vüsal Əliyevə,Kənan Əliyevə, onların məşqçiləri  Ramiz Tağıyevə, Hidayət Mehdiyevə, Hamlet İlyasova, Fazil İsmayılova, Müşfiq Eyyubova,  Rasim Allahverdiyevə və Natiq Hüseynova Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər