Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Süleyman Süleymanovun qırx mərasimi keçirilmişdir

11 aprel 2017 | 16:00

Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbiçimiz – Süleymanov Süleyman Elçin oğlunun doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində qırx mərasimi keçirilmişdir. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov, Aparatın məsul işçiləri, rayonun  hüquq mühafizə orqanlarının rəhbərləri, Hərbi hissə və Daxili Qoşunların komandirləri, DTX-nin, Əks-kəşfiyyat və SHXÇDX-nin rəisləri, Qazax RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Süleyman Süleymanovun ata evində keçirilən mərasimdə şəhidin xatirəsi anılmış, ruhuna dualar oxunmuş, ailə üzvlərinə və doğmalarına başsağlığı verilmişdir.
Şəhid atası Elçin Süleymanov övladı ilə fəxr etdiyini bildirmiş, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

 

Keçidlər