Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tütün əkininə başlanıb

21 aprel 2017 | 16:00

Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, bu il bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan bir də tütündür.
Qeyd edək ki, 2016-cı ildə rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il tütün şitillərinin becərilməsi işləri də aparılıb. Belə ki, əkiləcək şitillər rayon ərazisində yaradılmış tütün istixanalarında yetişdirilib.
Rayon üzrə 50 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Onun 30 hektarı Kosalar kəndində əkiləcəkdir.
Artıq Kosalar kəndində tütün əkininə başlanılıb. İstixanalarda yetişdirilmiş şitillər əkiləcək sahələrə gətirilib. Hazırda sahələrə şitil əkilir. Əvvəlcədən lazımi hazırlıq işlərinin görülməsinin nəticəsidir ki, əkin sürətlə aparılır. Əkinçilər öhdələrinə düşən işləri həvəslə həyata keçirirlər.
İşlərin gedişi ondan xəbər verir ki, əkin prosesi optimal müddətdə başa çatdırılacaqdır. Görülmüş bütün işlər keyfiyyətlə və aqrotexniki qaydalara uyğun aparılır.

Keçidlər