Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli binalarda təmir işləri davam edir

24 aprel 2017 | 16:00

Qazax rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb. Ən böyük abadlıq işləri isə Qazax şəhərində həyata keçirilir. Görülən quruculuq işlərinin nəticəsidir ki, şəhərin siması günü-gündən dəyişir, Qazax respublikamızın ən abad və ən gözəl şəhərlərindən birinə çevrilir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə danışaraq qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır.
Vətəndaşların müraciətlərinə əsasən əlavə 14 ədəd çoxmənzilli binalarda təmir işləri nəzərdə tutulmuşdur. Bunlardan da 4 binanın dam örtüyü dəyişdirilmiş, hazırda işlər davam edir. Cəmi 24 binaya qarşı 38 binada işlər görülmüşdür. Əlavə olaraq Qazax şəhərində 41 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmış və hazırda işlər davam edir. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur”.

Keçidlər