Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir

02 may 2017 | 16:00

Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Açıq qapı” günləri keçirilir.
May ayının 1-dən başlanan “Açıq qapı” günlərində müasir Azərbaycanın qurucusu və memarı olan dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr oxunur,  filmlər və slaydlar nümayiş etdirilir. Mərkəzdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı kitab sərgisi də təşkil olunub.
Mərkəzin tədbirlər planına uyğun olaraq həyata keçirilən “Açıq qapı” günlərində gün ərzində rayonun təhsil müəssisələri, idarə və təşkilatların nümayəndələri mərkəzə ekskursiya edirlər.
  Onu da qeyd edək ki, “Açıq qapı” günləri 10 may tarixinədək davam edəcəkdir.

Keçidlər